İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirməsi nəticəsində qabaqcıl bu ölkənin hərbi texnologiyalarına çıxış əldə edib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Qeyd olunur ki, ələ keçirilən aparat əməliyyat şəraiti haqqında məlumat toplamaq və onu komandanlıq mərkəzinə ötürmək üçün nəzərdə tutulmuş ən yeni sensorlar kompleksi, ekoloji monitorinq sistemləri, habelə yüksəkdəqiqlikli vizuallaşdırma kameraları ilə təchiz edilib.
Mənbələrin sözlərinə görə, ələ keçirilmiş avadanlığın öyrənilməsi Tehrana ABŞ-nin qapalı sualtı gəmiqayırma texnologiyalarına çıxış imkanı verəcək. Həmçinin əldə edilən məlumatlar əks-mühəndislik üçün baza kimi və yeni nəsil şəxsi pilotsuz sualtı aparatların işlənib hazırlanmasını sürətləndirmək məqsədilə istifadə oluna bilər.