Endi Börnhemin Böyük Britaniyanın baş naziri olduğu ilk həftə ərzində La-Manş boğazı vasitəsilə ölkəyə təxminən min qanunsuz miqrant daxil olub.
Oxu.Az "GB News" telekanalına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, iyulun 23-də La-Manş boğazını qanunsuz keçən 366 nəfər Britaniyaya çatıb. Onlardan 165-i eyni qayığa yerləşdirilib. Həmçinin ötən gün azı 200 nəfər ölkəyə keçib.
Ümumilikdə, 2026-cı ilin əvvəlindən La-Manş vasitəsilə Böyük Britaniyaya 13 500-dən çox qanunsuz miqrant gəlib.
Qeyd edək ki, iyulun 20-də Endrü Börnhem Böyük Britaniyanın yeni baş naziri olub. O, bu vəzifədə istefa verən Kir Starmeri əvəz edib.