Bir qrup silahlı şəxs Liviyanın paytaxtında ölkənin sabiq baş naziri Əli Zeydanı oğurlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Al Arabiya öz mənbəyinə istinadən məlumat verir.
Məlumata əsasən, cinayətkarlar sabiq baş naziri hoteldən qaçırıblar.
Qeyd edək ki, 2013-cü ildə Əli Zeydani ölkənin baş naziri vəzifəsində olarkən qaçırılıb. Lakin onu elə həmin gün azadlığa buraxıblar.
N.О.