Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Kiyev vilayəti atəşə tutuldu: Ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.
Oxu.Az rbc.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.
"Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıblar. Təəssüf ki, onlar axtarış-xilasetmə əməliyyatları zamanı ölü tapılıb", - Dövlət Xidməti diqqətə çatdırıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri avqustun 10-dan 11-nə keçən gecə Ukraynanın müxtəlif ərazilərinə ballistik raket və dron hücumu həyata keçirib.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- Kreml Ukraynanın Krımı itirməsi barədə Trampın bəyanatına reaksiya verdi
- Tramp Rusiyanın Ukraynaya raket zərbələri endirməsinə münasibət bildirdi
- Tramp: "Düşünürdüm ki, Zelenski ilə razılığa gəlmək asan olacaq"
- Londonda Ukrayna ilə bağlı danışıqlar keçirilib
- Rusiya ordusu Donetsk vilayətində Tarasovkanı ələ keçirdi