Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp Harrisi oğurluqda ittiham etdi
2024-cü il seçki yarışında yenidən namizədliyini irəli sürən ABŞ-nin keçmiş prezidenti Donald Tramp rəqibi Kamala Harrisi ideya oğurluğunda ittiham edib.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, Tramp bunu Harrisin seçkilərdə qələbəsi zamanı bəxşiş vergisini ləğv edəcəyini vəd etməsindən sonra deyib.
"Kamala Harris sadəcə olaraq mənim təklifimi köçürüb. Fərq ondadır ki, o bunu etməyəcək, sadəcə siyasi səbəblərə görə deyir. Bu, mənim ideyam idi, onun isə heç bir fikri yoxdur, o, yalnız məndən oğurlaya bilər", - Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Harrisdən əvvəl məhz Tramp bəxşiş vergisinin ləğvi təklifi ilə çıxış edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ÜST rəhbəri kütləvi ixtisarların anonsunu verdi: "650 milyon dollara qədər kəsir yaranıb"
- Tramp Çinə qarşı tarifləri azaldır
- Putinin Trampa hədiyyə etdiyi portretin görüntüsü yayıldı
- Yaşıl energetikaya zərbə: ABŞ günəş panellərinə 3521%-ə qədər tarif tətbiq etdi
- Trampın Papa Fransiskin dəfn mərasimi ilə bağlı paylaşımı tənqid olundu