Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada meşə yanğınları genişlənir
Yakutiyada (Rusiya Federasiyası) 586 min hektardan çox yanğınla əhatə olunmuş ərazi var.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.
"Aviasiya Meşə Təsərrüfatı Xidmətinin operativ məlumatlarına əsasən, respublika ərazisində ümumi sahəsi 586 min hektardan çox olan 79 təbii yanğın hadisəsi baş verib. Ərazidə son 24 saat ərzində 1500 hektardan çox sahədə yanğın söndürülüb, beş yanğın 31,1 min hektar sahədə lokallaşdırılıb", - məlumatda deyilir.
Yanğınsöndürmə işlərinə 1833 nəfər və 207 texnika cəlb olunub.
"Rusiyada meşə yanğınları" teqi üzrə xəbərlər
- Rusiyanın şərqində meşə yanğınları qəsəbələrə yaxınlaşır
- Rusiyanın Böyük Qafqaz meşələrində güclü yanğın başlayıb
- Qafqaz dağlarında güclü meşə yanğını: Bir qrup turist xilas edildi
- Alov Yakutiyanı cənginə aldı: Meşə yanğınları yaşayış ərazilərinə yaxınlaşır
- Rusiyada istirahət mərkəzləri alov içində: Yaralananlar var