Kuba ərazisində elektrik enerjsinin tam kəsintisi baş verib.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, sistemin kəsintisi Matansas şəhərindəki istilik elektrik stansiyasının gözlənilmədən sıradan çıxması ilə bağlı ola bilər. Ölkənin Energetika və Mədən Sənayesi Nazirliyi sistemin bərpa edilməsi prosesinə başlanıldığını bəyan edib.
Qeyd edək ki, bu, cari ildə bütün ölkə üzrə sayca dördüncü elektrik enerjisi kəsintisidir.