Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

LG avtomobillər üçün əyilən ekran yaratdı
LG avtomobillər üçün innovativ ekran texnologiyalarını təqdim edəcək.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, LG şirkəti mayın 13-də Kaliforniyada başlayacaq "SID Display Week" sərgisində avtomobillər üçün nəzərdə tutulmuş ən son multimedia yeniliklərini nümayiş etdirəcək.
Əsas yenilik 50 faizədək uzana bilən transformasiya olunan ekran olacaq.
Bundan əlavə, şirkət 57 düymlük ön panel üçün ultrageniş ekran da təqdim edəcək.
Ekranın sahəsini artırmaq qabiliyyəti barədə ətraflı məlumat verilməsə də, uzanma zamanı həm təsvirin yüksək keyfiyyətini, həm də rəng çalarlarını qoruduğu bildirilir. Ekranın eksperimental prototipi ölçüsünü 12 düymdən 18 düymə qədər dəyişə bilir.