Qazaxıstanın paytaxtı Astana şəhərində dron Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə keçirilən paradı öz mənzilindən videoya çəkən yerli sakindən pəncərədən uzaqlaşmasını istəyib.
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, Aliyə Kuanış "Instagram" hesabında "danışan" kvadrokopterin videosunu paylaşıb.
"Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün pəncərəni bağlayaraq, uzaqlaşmağınızı xahiş edirik", - deyə dron "bildirib".
Qadının sözlərinə görə, dron binanın 20-ci mərtəbəsinin hündürlüyünə qalxıb.