Yaraqlıların ehtiyatda olan general Xəlifə Haftara tabe olan hərbi dəstələri yanvar ayının 21-də Liviyanın Benqazi şəhərində mərkəzi bankın şöbəsinə hücum ediblər.
Yanvar ayının 22-də cümə axşamı New York Times (NYT) nəşrinin məlumatına görə, yaraqlılar Mərkəzi bankın şöbəsinə tam nəzarətə nail olublar.
Oxu.Az bu barədə xarici KİV istinadən xəbər verir.
2013-cü ildə Liviyanın Mərkəzi Bankı müharibənin başladığı 2011-ci ildən valyuta ehtiyatlarının 321 milyard dollardan 113 milyarda qədər azaldığını bəyan edib.
Mərkəzi bankın hücuma qalmış bölməsində ümumi həcmi 100 milyard dollar olan neft satışından əldə olunmuş gəlir və həmçinin Liviyanın valyuta ehtiyatları saxlanılırdı.