"Al Jazeera" telekanalının London studiyasından canlı yayım zamanı aparıcının masasının üstünə gözlənilmədən siçovul tullanıb.
Oxu.Az "Sputnik Belarus" "Telegram" kanalına istinadla xəbər verir ki, aparıcı qadın həyəcan içində efiri kəsmək məcburiyyətində qalıb.
Maraqlıdır ki, kanalın qərargahı Britaniya paytaxtının mərkəzində, şəhərin ən bahalı rayonlarından birində yerləşir.
Londondan canlı yayıma çıxan telekanalda SİÇOVUL şoku