Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Makrona görə Fransa Aİ-dən çıxa bilər
Fransa Prezidenti Emmanuel Makronun ölkə parlamentinin vaxtından əvvəl buraxılması və erkən seçkilərin keçirilməsi ilə bağlı qərarı Fransanın Avropa İttifaqından çıxmasına səbəb ola bilər.
Bu fikri Aİ-nin Breksit üzrə müzakirəçisi Mişel Barnye bildirib.
O, qeyd edib ki, Makronun rəhbərlik etdiyi İntibah partiyasının seçkilərdə sağçı Milli Birlik üzərində qələbə qazanacağına ümidlər çox azdır. Diplomatın fikrincə, sorğularda lider olan Milli Birliyin liderləri respublikanın Avropa İttifaqından çıxmasını istəyə bilərlər.
"Mən düşünmürəm ki, Le Pen və ya Bardella hələ də anti-Avropa baxışlarına sadiqdirlər", - deyə o bəyan edib.
Xatırladaq ki, iyunun 9-da Makron Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu elan edib. Birinci tur iyunun 30-na təyin edilib. İkinci tur iyulun 7-də baş tutacaq.
Mənbə: gazeta.ru