Rusiya mədəniyyət nazirinin müavini Qriqori Pirumov vəzifəsindən azad edilib. Nazirlər Kabinetinin müvafiq qərarı hüquq informasiyasının rəsmi internet-portalında məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Rusiya mədəniyyət naziri Vladimir Medinski RİA Novosti-yə müavini Qriqori Pirumovun vəzifəsindən azad edilməsi üçün öz xahişi ilə ərizə verdiyini bildirib.
“Qriqori Pirumov Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilsin”, - məlumatda deyilir.
Daha öncə FTX Rusiya Mədəniyyət Nazirliyinin bəzi rəhbər işçilərinə və bir sıra sahibkarlara qarşı cinayət işləri qaldırıb. Onlar mədəni irs obyektlərində bərpa işlərinə ayrılmış dövlət əmlakını mənimsəməkdə şübhəli bilinirlər.
Daha öncə Qriqori Pirumov mədəni irs obyektlərində bərpa işlərinə ayrılmış dövlət əmlakını mənimsəməsinə dair iş üzrə ifadə vermişdi.
N.O.
www.oxu.az