Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhərində bazar ertəsi baş verən qiyam nəticəsində ən azı 45 nəfər yaralanıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yaralanalar arasında həm məhbus, həm də həbsxana nəzarətçiləri var.
Qiyamçılar 4 nəzarətçini girov götürüblər. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən həftə Meksikanın Syudad-Viktoriya şəhərində həbsxanada məhbuslar arasında baş verən toqquşmada 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb.
N.О.
www.oxu.az