Meksikanın Hərbi Dəniz Donanması Nazirliyinə məxsus "Mi-17" vertolyotu San-Luis-Potosi ştatında qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə idarənin "Twitter" səhifəsində dərc olunan məlumatda deyilir.
Qəzanın səbəbləri, ölən və ya xəsarət alanlar barədə rəsmi məlumatlar hələ verilmir. Lakin yerli KİV-in verdiyi məlumata görə, meşə yanğınlarının söndürülməsində iştirak edən vertolyotun göyərtəsində yeddi nəfər vardı, onların hamısı həlak olub.