Mərakeşin paytaxtı Rabat şəhərində zooparkda fil təsadüfən yeddi yaşlı qızı öldürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, iyulun 28-də, Daily Mail nəşri yazır.
Nəşrin məlumatına görə, iyulun 26-da azyaşlı qızın atası onu boynuna alaraq heyvanın qəfəsi qarşısında birgə şəkil çəkdirmək istəyib. Bu zaman Assia ləqəbli fil yerdən çay daşını götürərək uşağa atıb.
Aldığı xəsartlərdən azyaşlı huşunu itirib. Qızı yaxınlıqda yerləşən xəstəxanaya çatdırsalarda, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Zooparkın nümayəndələri hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiklərini bildiriblər. Qeyd olunur ki, ölən qızın ailəsi təhlükəszilik qaydalarını pozmayıb.
“Belə hadisələr çox nadir hallarda baş verir və onların qarşısını almaq mümkün deyil”, - zooparkıın əməkdaşı deyib.
Qeyd edək ki, Rabat zooparkı 2012-ci ildə açılıb. Nəşr bildirir ki, dörd il ərzində bu ilk belə hadisədir.