Almaniya Kansleri Angela Merkel Rusiyaya işgüzar səfəri çərçivəsində ölkə prezidenti Vladimir Putinlə görüşüb.
“Haber Global”ın məlumatına görə, Rusiya dövlət başçısı Kansleri gül-çiçəklə qarşılayıb.
Merkellə Putin arasında vida görüşü kimi dəyərləndirilən danışıqlar 3 saata yaxın davam edib.
Rusiyadan sonra Almaniya hökuməti başçısının Ukraynaya səfər edəcəyi, sentyabrın 26-da ölkəsində keçiriləcək seçkilərin ardından isə 16 illik vəzifəsindən gedəcəyi bildirilib.