Britaniyalı səyyah Ranulf Faynsın həyat yoldaşı tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edildiyi iddia olunur.
Oxu.Az "Metro"ya istinadən xəbər verir ki, 82 yaşlı Fayns iki ildir ictimaiyyət qarşısında görünmür.
Yaxınlarının sözlərinə görə, həyat yoldaşı Luiza Millinqton-Kots onu müxtəlif qocalar evlərində saxta adlarla saxlayıb və ziyarətlərə ciddi məhdudiyyət qoyub.
Qocalar evlərindən birinin sahibi Faynsla bağlı narahatlığını aidiyyəti qurumlara və polisə bildirib. Onun sözlərinə görə, səyyah daim nəzarət altında saxlanılır, müəssisəni sərbəst şəkildə tərk edə bilmir və müalicəsi ilə bağlı qərar verə bilmir.
Faynsın dostlarının onun həyat yoldaşının qəyyumluğuna etiraz etmək üçün məhkəməyə müraciət etməyi nəzərdən keçirdikləri bildirilir.
Ranulf Fayns ilk həyat yoldaşı Virciniyanın ölümündən sonra Millinqton-Kotsla evlənib. Onların Elizabet adlı 20 yaşlı qızı var.