Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində təşkilatın baş katibi Antonio Quterreş ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.
Tərəflər regional və beynəlxalq proseslər, o cümlədən Azərbaycanın fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, eləcə də çoxtərəfliliyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Müzakirələr zamanı Azərbaycanın donor ölkə qismindəki töhfələri və humanitar təşəbbüsləri də diqqət mərkəzində olub.
Söhbət zamanı qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə toxunulub, Azərbaycanın COP29-a uğurla ev sahibliyi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional əlaqəlilik sahələrində artan rolu qeyd edilib.
C.Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindəki son irəliləyişlər, Cənubi Qafqazda etimadın qurulması istiqamətindəki səylər, keçmiş məcburi köçkünlərin geri qayıtmasını dəstəkləyən genişmiqyaslı bərpa-quruculuq işləri və minatəmizləmə fəaliyyətləri barədə məlumat verib.
On the margins of #UNGA81, Minister of Foreign Affairs of #Azerbaijan @Bayramov_Jeyhun met with the Secretary-General of the United Nations António Guterres @antonioguterres. The sides exchanged views on regional and international developments, including Azerbaijan’s engagement in the UN framework and its role in promoting dialogue, stability, and cooperation. Azerbaijan’s active participation within the UN and its specialized agencies, its active contribution to multilateralism, international law, and the principles of the UN Charter was emphasised. The discussions also addressed Azerbaijan’s contribution as a donor country and its humanitarian initiatives. The discussion highlighted global climate action and sustainable development, noting Azerbaijan’s successful hosting of COP29, alongside expanding role in renewable energy, transport, and regional connectivity. Minister Jeyhun Bayramov briefed on recent progress in the Azerbaijan–Armenia normalization process, confidence-building efforts in the South Caucasus, large-scale reconstruction in liberated territories supporting the return of former IDPs, and demining efforts.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 26, 2026