Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məşhur "Pokemon Go" oyunu milyardlarla dollara satıldı
"Scopely" şirkəti məşhur "Pokemon Go" oyununu hazırlayan "Niantic"i satın alıb.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Bu sövdələşmə alıcıya 3.5 milyard dollara başa gəlib. "Pokemon Go" ilə yanaşı, "Pikmin Bloom" və "Monster Hunter Now" oyunları da "Scopely"nin mülkiyyətinə keçir.
Agentlik xatırladır ki, "Scopely" iki il əvvəl Səudiyyə Ərəbistanının Suveren Fondunun törəmə şirkəti "Savvy Games Group" tərəfindən 4.9 milyard dollara alınıb.
Qeyd edək ki, "Pokemon Go" tarixdə ən çox yüklənən və ən qazanclı tətbiqdir.
Ən çox oxunanlar