"Pokemon Go" oyunçuları tərəfindən toplanmış şəkillər döyüş təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) naviqasiya sisteminin yaradılmasında tətbiq edilmiş ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Trouw" qəzeti məlumat yayıb.
Bildirilib ki, oyun iştirakçıları ətraf mühitin milyardlarla fotosunu çəkiblər. Skanerdən keçirilmiş bu məlumatlar sonradan "Niantic Spatial" şirkətinə ötürülüb. Xəbərə görə oyunçuların məlumatları əsasında üçölçülü süni intellekt naviqasiya modulu öyrədilib. Bu modul hətta GPS siqnalı olmadıqda belə məkanın koordinatlarını müəyyən etməyə imkan yaradır.
Məqalədə qeyd olunur ki, "Niantic Spatial" şirkəti 2025-ci ildən etibarən Vantor müəssisəsi ilə əməkdaşlığa başlayıb. Həmin təşkilat hərbi dronların naviqasiyası məqsədilə vizual mövqe təyinetmə sistemindən istifadə edir. Beləliklə, "Pokemon Go" oyunçularının dolayısı ilə hərbi infrastruktura töhfə verdiyi məlum olub.
Digər tərəfdən, telefon nömrələri getdikcə daha çox fırıldaqçıların istifadə etdiyi bazalara düşür. Nömrənizin bu siyahıda olub-olmadığını necə müəyyənləşdirəcəyinizi anlamaq vacibdir. Bunun əsas göstəricisi şübhəli zənglərin və mesajların sayının çoxalmasıdır.