Misirin sabiq prezidenti Məhəmməd Mursiyə ölüm hökmü verilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Qahirə məhkəməsi sabiq prezidentə və “Müsəlman qardaşlar” təşkilatının bir sıra liderlərinə dövlətə xəyanətə görə və xarici dövlətlərə casusluq, həmçinin 2011-ci il yanvar inqilabı zamanı təşkilatın liderlərinin həbsxanadan qaçışı üzrə hökm oxuyub.
Dövlətə xəyanət üzrə işdə Mursinin adı çəkilməyib. Onun ölüm hökmünə məhkum edilməsinə səbəb həbsxanadan qaçması olub. Qaçışda adı hallanan 106 nəfər arasında sabiq prezident də olub.