"ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ratkliffin Moskvaya səfəri adi xarakter daşıyıb və daha çox Rusiya və ABŞ kəşfiyyat xidmətləri arasında rabitə kanallarının qaydaya salınması istiqamətində Amerika administrasiyasının xəttini davam etdirmək məqsədi güdüb".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox Radio"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu cür əlaqələr münaqişə və ya böhran zamanı faydalı ola bilər.
Rubio MKİ rəhbərinin guya Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp, eləcə də Volodimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsi təklifini müzakirə etməsi ilə bağlı iddiaları təkzib edib.
"Bu məlumatların haradan qaynaqlandığını bilmirəm, çünki bu görüş haqqında informasiya çox kiçik bir qrup insanda var və onların heç biri mətbuatla danışmayıb", - deyə Rubio qeyd edib.