ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn türk lobbiçiləri ilə sıx əlaqələri olub.
Oxu.Az xəbər verir ki, haqqin.az nəşri bu əlaqələrdə azərbaycanlı model Nigar Talıbova son rolu oynamırdı.
Xatırladaq ki, Maykl Flinn Rusiya ilə əlaqələrinə dair qalmaqaldan sonra istefa verməli olub. Amma indi Amerika KİV-i Flinnin Rusiyadan çox, Türkiyənin maraqlarını təmsil etdiyi barədə yazırlar.

Məlumata görə, keçən ilin sentyabrın 19-da Nyu-Yorkda Flinn Türkiyə Nazirlər Kabinetinin üzvləri ilə iclası keçirilib. ABŞ prezidentliyinə namizəd Donald Trampın müşaviri Amerikanın ekstradisiya haqqında qanunundan yan keçərək Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə edib.
Eyni zamanda jurnalist araşdırmaları ilə məşğul olan “Mother Jones” jurnalı ABŞ prezidentinin sabiq müşaviri Maykl Flinninin türk lobbiçiləri ilə əlaqəsinə dair ətraflı məlumatlar təqdim edib.
ABŞ Ədliyyə departamenti tərəfindən arxa tarixlə göndərilən bildirişdə Flinn qeyd edib ki, o, “Türk-Amerika işgüzar şurasının” (Turkey-US Business Council) Yakim Alptekinin rəhbərlik etdiyi Hollandiyanın “Inovo BV” konsaltinq şirkəti tərəfindən işə alınıb.
Alptekinin şirkəti 2016-cı ilin sentyabr ayından noyabr ayına qədər ümumilikdə 530 min dollardan ibarət olan üç ödəmə edib. Amma ödəmələrdən heç biri Türkiyəyə göndərilməyib. Niderland qəzetlərindən birinə verdiyi müsahibədə Alptekin bəyan edib ki, Flinnin layihələri üçün vəsait onun həyat yoldaşı, azərbaycanlı model Nigar Talıbovanın vəsaitindən və İsrailin “Ratio Oil Exploration” qaz şirkətinin ödəmələrindən əldə edilib.

Alptekinin həyat yoldaşına gəldikdə isə Nigar Alptekin, bir zamanlar “Adrenalin” qrupunda oxuyan azərbaycanlı modeldir.

S.B.
www.oxu.az