Rusiya Xarici işlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna XİN-nə, yeni humanitar konvoy haqında nota göndərib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, onun sözlərinə görə Moskva yeni konvoyun bu həftə eyni marşrutla göndəriləcəyinə ümid edir.
“Əldə edilən təcrübəni nəzərə alaraq, ümid edirik ki, konvoyun göndərilməsinə sərf edilən vaxt əvvəlki kimi çox çəkməyəcək”, - Lavrov qeyd edib.
Nazirin sözlərinə görə, Moskva ümid edir ki, Ukraynanın şərqində paylanılması nəzərdə tutulan humanitar yardım Beynəlxalq Qırmızı Xaç Cəmiyyətiın əməkdaşlarının iştirakı ilə plan üzrə gedəcək.