Moskvanın cənub hissəsində, Varşava şossesində yerləşən metal anbarda yanğın baş verib. Yanğının 1000 kvadmat metr ərazini əhatə edib.
“RİA Novosti” məlumat verir ki, yanğın FHN-nin yerüstü və hava texnikasının köməyi ilə lokallaşdırılıb.
Hadisə barədə ətraflı məlumat verilmir. Yalnız xüsusi ekspert qruplarının yanğının davam etdiyi ərazidə çalışdığı bildirilir.