Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “lenta.ru” hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.
Moskva şəhərində 3 nəfərin xəsarət alması barədə məlumat var.
Moskva vilayətinin Ramenskiy kəndində 58 və 69 yaşlarında iki qadın xəsarət alıb. Bunların ilkin rəqəmlər olduğu və rəqəmlərin dəyişə biləcəyi bildirilir. Rusiya Energetika Nazirliyinin məlumatına əsasən Moskva şəhəri və Moskva vilayətində baş verən hadisə nəticəsində 4,4 min nəfər elektrik enerjisi təchizatından məhrum olub.
15:44
Moskvada Mironovski küçəsində ağac insanın üzərinə aşıb, bu barədə şahidlər məlumat verib.
Oxu.Az newsrambler-ə istinadən xəbər verir ki, hadisənin baş vermə səbəbləri müəyyənləşdirlir.
Xatırladaq ki, Moskvada güclü fırtına baş verib. Küləyin sürəti saniyədə 15-20 metrə çatır.
S.S.
www.oxu.az
***
15:03
Moskvada güclü fırtına olub. Küləyin sürəti saniyədə 15-20 metrə çatır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, sinoptiklərin məlumatına görə, bu hava şəraiti şənbə gününə qədər davam edəcək.
İnternetdə fırtınanın ilk videoları yayılıb.
.
14:02
Rusiya FHN-dən verilən məlumata görə, yaxın saatlarda Moskvada hava pisləşəcək. Yağış və güclü külək, dolu və şimşəklə əlaqədar təcili xəbərdarlıq yayılıb.
Oxu.Az bu barədə Life-a istinadən xəbər verir.
FHN-də qeyd ediblər ki, qeyri-sabit hava şəraiti gecə yarısınadək davam edəcək. Bununla yanaşı, Moskvada yalnız leysan deyil, eləcə də, sürəti saniyədə 20 metrə çatacaq güclü külək də gözlənilir.
Güclü yağış və küləklə əlaqədar paytaxtda ağacların aşması, evlərin damlarının və elektrik naqillərinin zədələnməsi mümkündür.
Daha öncə sinoptiklər Moskvada ötən əsrin 50-ci illərindən indiyə qədər görünməmiş güclü yağışların olacağına dair xəbərdarlıq etmişdilər. Bununla əlaqədar paytaxtda təhlükənin narıncı səviyyəsi elan edilmişdi.
S.S.
www.oxu.az