Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Boks federasiyasının rəhbəri Armen Sarqsyan Moskvada sifarişlə öldürülüb? – YENİ DETALLAR
Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışın bəzi detalları üzə çıxıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyanın partlayışda ölməsi sifarişli qətl olub.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, partlayış qurğusunu yaşayış kompleksinə kuryerin və ya kommunal xidmətlərin işçisi adı altında bir nəfərin keçirməsi mümkündür.
Yaşayış kompleksinin mühafizəçisinin sözlərinə görə, onlar əraziyə adətən kuryerləri buraxırlar.
Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışda ağır yaralanan qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "respublika"nın tibb xidmətindən məlumat verilib.
Bundan əvvəl bildirilmişdi ki, o, klinik ölüm keçirib və süni tənəffüs aparatına qoşulub.
Qondarma "Donetsk Xalq Respublikası"nın boks federasiyasının erməniəsilli rəhbəri Armen Sarqsyan Moskvada "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışda ağır yaralanıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, o, xəstəxanaya yerləşdirilib.
Partlayış nəticəsində A.Sarqsyanın cangüdəni isə ölüb.
Qeyd edək ki, A.Sarqsyan Armen Qorlovski kimi də tanınır. A.Sarqsyan "Arbat" batalyonunun da qurucusudur. Ağır cinayətlərə görə məhkum olunmuş residivistlərdən ibarət erməni batalyonu "Arbat" Ukraynadakı hərbi əməliyyatda iştirak edir.
Moskvanın şimal-qərbindəki "Alıye parusa" yaşayış kompleksində baş vermiş partlayışın məqsədi öldürməyə cəhddir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından məlumat veriblər.
Öldürməyə cəhdin kimin təşkil etdiyi isə müəyyənləşdirilir.
Qapıçı qadının sözlərinə görə, partlayış onun daha əvvəl televizorda gördüyü kişinin mühafizəçisi ilə çıxışa getdiyi vaxt törədilib.
Həlak olan şəxsin kimliyi müəyyən edilməyib, çünki kişinin üzü tanınmaz haldadır. Bununla yanaşı, 44 yaşlı Darya Karseladze, 41 yaşlı Sergey Şkryabatovski və 50 yaşlı İqor Antonenko müxtəlif xəsarətlər alıblar. Yaralananlar arasında mühafizəçi və qapıçı qadın da var.
Hadisənin digər təfərrüatı müəyyənləşdirilir.
Rusiyanın paytaxtı Moskva şəhərinin şimal-qərbində yerləşən "Alıye parusa" yaşayış kompleksində partlayış baş verib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, yaşayış kompleksinin birinci mərtəbəsinin hollunda partlayış olub.
Bildirilib ki, hollun şüşələri və tavanı zərər görüb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha dörd nəfər isə xəsarət alıb. Evə ilkin baxış nəticəsində çökmə ehtimalının olmadığı deyilir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, partlayışa səbəb tavanın altına qoyulmuş əldəqayırma parlayıcı qurğu ola bilər.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, "Alıye parusa" elit yaşayış kompleksidir. Burada mənzillərin qiyməti 31-250 milyon rubl (534 min - 4.3 milyon manat) arasında dəyişir.
"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- Avtomobilə qaz balonu quraşdırılarkən nələrə diqqət edilməlidir?
- İranda hərbi obyektdə partlayış: Ölən və yaralananlar var
- Almaniyada məşhur təkər zavodunda PARTLAYIŞ: Yaralılar var
- Bakıda yaşayış evində baş verən dəhşətli partlayışda xəsarət alanların SON DURUMU açıqlandı
- Ermənistanda qazdoldurma məntəqəsində partlayış: Xəsarət alanlar var