Rusiyada 1910-cu ildən bəri ən yüksək temperatur bu gün qeydə alınıb.
Oxu.Az xəbər verir ki, RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə “Fobos” Hava Mərkəzindən bildirilib.
Qeyd olunub ki, 103 il əvvəl Moskva regionunda 3,1 dərəcə isti qeydə alınıb:
“Bu gün isə havanın temperaturu 3,5 dərəcəyə yüksəlib”.
Sinoptiklər sabah bu rekordun yenilənəcəyini istisna etməyiblər.