Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Nə? Harada? Nə zaman?" teleklubunun keçmiş oyunçusu vəfat etdi
Jurnalist, yazıçı, "Nə? Harada? Nə zaman?" teleklubunun keçmiş oyunçusu Aleksandr Byalko 72 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a jurnalistin qızı Mariya Byalko məlumat verib.
Qadın atasının ölümünün səbəbini açıqlamayıb.
Onun sözlərinə görə, Aleksandr Byalko ilə vida mərasimi çərşənbə axşamı, avqustun 27-də baş tutacaq. Dəfn yeri daha sonra açıqlanacaq.
Xatırladaq ki, Aleksandr Byalko 28 avqust 1952-ci ildə doğulub və təhsilinə görə nüvə fiziki olub. O, "Kultura" radiostansiyasında veriliş aparıb və səkkiz dil bilib. Byalko "Nə? Harada? Nə zaman?"a 1979-cu ildə gəlib və 2010-cu ildə klubu tərk edib.
Rəylər