Nepalda baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı artaraq 1 127 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinə istinadən məlumat yayıb.
Daha əvvəl 1 056 nəfərin öldüyü haqda məlumat yayılmışdı. Hazırda azı 4 500 nəfər itkin düşmüş hesab olunur.
Qeyd edək ki, avqustun 26-da Nepalın şimal bölgəsində dəhşətli daşqınlar qeydə alınıb.
Qaynar xətt:
(055) 224 12 12