İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunu mümkün sui-qəsd təhlükəsi səbəbindən ABŞ-dən təcili təxliyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
"Yair Netanyahuya zərər vurulması ilə bağlı həqiqətən ciddi təhlükə mövcud olub və bununla əlaqədar vəziyyət qiymətləndirildikdən sonra onun təhlükəsizlik xidməti ilə birlikdə təcili şəkildə İsrailə qaytarılması barədə qərar qəbul edilib", - deyə qəzet ŞABAK-ın açıqlamasından sitat gətirib.
Məlumata görə, Yair Netanyahu Floridadan mühafizəçilərin müşayiəti ilə, hətta şəxsi əşyalarını götürmədən çıxıb. Hazırda o, İsraildədir.