Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Notr-Damın damında bağ salına bilər
Fransanın “Vincent Callebaut Architectures ” memarlıq bürosu bu ilin aprelində baş verən yanğından ciddi xəsarət alan Notr-Damın bərpa layihəsini təqdim edib.
“Palingenesis” (yunanca “dirçəliş”) adlanan layihənin müəllifləri tikilinin damı və şpilini şüşə, palıd və karbon liflərindən hazırlamağı təklif edirlər. Dam elektrik və istilik hasil edəcək.
Əvvəllər də kilsənin “tac”ı olan və yanğından sonra salamat qalan mis xoruz isə şpilə quraşdırılacaq.
Restavratolar Notr-Damın damında bağ və bostan da salmağı təklif edirlər. Memarlar düşünürlər ki, buradan il ərzində 21 tona yaxın tərəvəz və meyvə yığmaq olar. Daha sonra həmin məhsulları ehtiyacı olanlara paylamaq mümkündür.
Xatırladaq ki, Paris Notr-Dam kilsəsində yanğın aprelin 15-də baş verib. Yanğın kilsənin üçdə iki hissəsini külə döndərib, binanın qədimi saatları belə məhv olub. Yanğının binada aparılan restavrasiya işləri zamanı meydana gəldiyi güman edilir.
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ