Xristian-Demokratlar İttifaqının (XDİ) rəhbəri vəzifəsində Angela Merkeli əvəz edən Anneqret Kramp-Karrenbauer 2021-ci ilə qədər Almaniya Federal Respublikasının kansleri postunu tutmaq fikrində deyil. Bu barədə “Welt am Sonntag” yazır.
Onun sözlərinə əsasən, Merkelin səlahiyyət müddəti bitməyənə qədər Almaniyanın kansleri olmağa hazırlaşmır.
O, həmçinin əlavə edib ki, AFR xalqı kansleri və hökuməti bütün səlahiyyət müddətinə seçib.