Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Nvidia"nın rəhbərindən sərt açıqlama: "ABŞ öz çip bazarını Çinə uduzur"
ABŞ-nin "Nvidia" texnologiya nəhənginin baş direktoru Censen Huanq ölkənin süni intellekt (Sİ) çiplərinin Çinə ixracına tətbiq etdiyi məhdudiyyətləri sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu siyasət nəticə etibarilə uğursuz olub və əksinə, Çin şirkətlərini daha sürətli inkişaf etməyə sövq edib.
Oxu.Az bu barədə "Financial Times"a istinadən xəbər verir.
Huanq bildirib ki, ixrac nəzarəti tədbirləri "Huawei" başda olmaqla Çin texnologiya şirkətlərinin rəqabətqabiliyyətli süni intellekt avadanlıqları hazırlamasına səbəb olub.
"Nvidia"nın rəhbəri, həmçinin ABŞ hökumətinin Çin bazarı üçün xüsusi hazırlanmış məhsulu qadağan etməsini də tənqid edib.
"Dörd il əvvəl "Nvidia" Çində 95% bazar payına sahib idi. Bu gün bu göstərici 50%-ə düşüb. Qalan hissəni Çin texnologiyaları ələ keçirib", - deyə o əlavə edib.
Huanq əlavə edib ki, ABŞ texnologiyalarının yayılmasının qarşısını almaq əvəzinə, əksinə, onların qlobal miqyasda sürətləndirilməsi təmin olunmalıdır.
"ABŞ-Çin iqtisadi müharibəsi" teqi üzrə xəbərlər
- ABŞ lideri Çinə çip satışına tətbiq edilən məhdudiyyətləri yumşaldacaq
- ABŞ və Çin bəzi mübahisəli məsələlərini həll ediblər
- "General Motors" Çinə avtomobil tədarükünü dayandırır
- ABŞ-nin tarif razılaşmaları ticarət sistemini təhlükə altına qoya bilər
- Ticarət müharibəsində fasilə: Birja indeksləri ABŞ və Çin razılaşmalarından sonra bərpa olunur