Nyu-York Təhsil Departamenti ibtidai və orta məktəb şagirdlərinin təhsildə süni intellektdən istifadəsini qadağan edəcək.
Oxu.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, qərar gələn həftədən qüvvəyə minəcək.
Bəzi tapşırıqların hazırlanması zamanı süni intellektdən istifadəyə yalnız 9-cu sinifdən etibarən icazə veriləcək.
Mənbələr bildirir ki, yeni qaydalar məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə şagirdlərin qacetlərdən istifadəsini də məhdudlaşdırır. Yuxarı sinif şagirdlərinə də təhsildə süni intellektdən yalnız "məhdud şəkildə" istifadəyə icazə veriləcək. Lakin onlar müəyyən kurslarda və bəzi tapşırıqları yerinə yetirərkən süni intellektdən istifadə edə biləcəklər.