Nyu-Yorkda törədilən hücum nəticəsində ölənlərin sayı səkkiz, xəsarət alanların sayı isə 12 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, hadisə polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.
01:03
Nyu-York şəhərinin mərkəzində atışma zamanı altı nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.
Oxu.Az-ın New York Post nəşrinə istinadən məlumatına görə, hadisə yerli vaxtla saat 15:15-də baş verib. Manhetten rayonunda yük maşınını kütlənin üzərinə sürüb, daha sonra sürücü avtomobildən yerə düşərək insanlara atəş açıb.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
S.B.
www.oxu.az