Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az-ın xəbərinə görə, səfərdə İspaniyanın “Atletiko” komandasının qonağı olan Ağdam təmsilçiləri inamlı təsir bağışlayıblar.
“Metropolitano” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Hesabı 40-cı dəqiqədə Miçel açıb. 56-cı dəqiqədə isə Tomas meydan sahiblərinin bərabərlik qolunu vurub.
Bu qrupun digəri oyununda “Roma” doğma meydanda “Çelsi”ni 3:0 hesabı ilə məğlub edib.
Dörd turdan sonra C qrupuna səkkiz xalla “Roma” başçılıq edir, “Çelsi” yeddi xalla ikinci, “Atletiko” üç xalla üçüncü, “Qarabağ” isə dörd xalla sonuncu pillədə qərarlaşıb.
S.B.
www.oxu.az