İstanbulun Bağçılar hissəsində maraqlı hadisə baş verib.
Oxu.Az Lent.Az-a istinadən xəbər verir ki, buradakı mağazalardan birindən pul oğurlayan qadın elə obyektin sahibi tərəfindən tutulub.
Masanın üstündəki 1500 lirəni götürüb qaçan qadını təqib edən iş adamı onu küçənin ortasında yaxalayıb və yerə yıxaraq pulu alıb. O, oğurluqla məşğul olan qadını hədələyib və polis çağıracağını deyib. Bundan sonra isə həmin qadın gözlənilmədən bütün paltarlarını çıxararaq küçənin ortasında lüt qalıb. Qadının bu hərəkəti mağaza sahibini və ətrafdakıları təəccübləndirib. Hər kəsin təəccüb içində olduğunu görən qadın fürsətdən istifadə edərək aradan çıxıb.
Bildirilir ki, həmin qadın ərazidən uzaqlaşmaq və ona kimsənin yaxınlaşmaması üçün soyunub və məqsədinə çatıb. Hadisə ətrafdakı şəxslər tərəfindən lentə alınıb.
