Beynəlxalq Valyuta Fondunun Paris nümayəndəliyində baş verən partlayış terror aktıdır və günahkarlar tapılıb cəzalandırılacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland bəyan edib.
“Biz yenə də terrorla üzləşməli olduq – partlayıcı maddə olan bağlamadan söhbət gedərkən başqa söz tapmaq çətindir”, - prezident ölkənin cənubunda yerləşən Tulon şəhərinə işgüzar səfər zamanı bildirib.
S.S.
www.oxu.az