Afrikanın neft hasilatının həcminə görə 3-cü ən böyük ölkəsi olan Ekvatorial Qvineya 2017-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv olmaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı ölkənin mədən və karbohidrogen naziri Qabriel Mbeqa Obianq verib.
“Biz tam əminik ki, Ekvatorial Qvineyanın maraqları OPEK-in dünya neft sənayesinin inkişafı ilə üst-üstə düşür”, - o bəyan edib.
Afrikanın neft hasilatının həcminə görə 3-cü ən böyük ölkəsi olan Ekvatorial Qvineya OPEK-ə üzv olarsa, təşkilatdakı ölkələrin sayı 14-ə, Afrikadan olan qurum üzvlərinin sayı isə 6-ya çatacaq.
“Hasilatçılar əmindirlər ki, yenidən istehsal neftin qiymətlərinin ucuzlaşmasına səbəb olur. Ekvatorial Qvineya işini bir hissəsini bazarın sabitliyini və investisiyaları təmin etmək üçün yerinə yetirir”, - nazir vurğulayıb.
2017-ci ilin birinci yarımilliyində neft hasilatının ümumi azaldılması gün ərzində 1,8 milyon bareldən ibarət olmalıdır. Hazırda hasilat 1,5 milyon bareldən ibarətdir.
N.O.
www.oxu.az