Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Oxford Dictionary” 2023-cü ilin əsas sözünü açıqlayıb - FOTO
“Oxford Dictionary”nin naşiri “rizz” sözünü 2023-cü ilin ən başlıca sözü adlandırıb.
Bu barədə naşir “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Dil mütəxəssislərimiz bu sözü dilin cəmiyyətdə geniş yayılmazdan əvvəl konkret sosial və yaş qrupları tərəfindən necə formalaşdırıla biləcəyinin maraqlı nümunəsi kimi seçdilər”, - deyən naşir sözün populyarlaşmasında “Z” nəslinin əsas rol oynadığını qeyd edib.
“Rizz” sözü insanın həm cazibəli olmasını, həm də asanlıqla sevgili tapmaq qabiliyyəti olan mənasını ifadə edə bilər.
Qeyd edək ki, ifadə xarizma sözünün qısaldılmış formasıdır.
Word of the Year 2023 is...#RIZZ
— Oxford University Press (@OxUniPress) December 4, 2023
(n.) style, charm, or attractiveness; the ability to attract a romantic or sexual partner.
Tag someone who's got plenty of it 👇#WOTY23 #rizz pic.twitter.com/KBi6tTA3y4
Mənbə: gazeta.ru
Rəylər