"ABŞ Prezidenti Donald Trampın müsəlman ölkələrinin liderləri ilə apardığı danışıqların nəticələri ABŞ-İran münaqişəsinin uzunmüddətli nizamlanması imkanlarına dair nikbinlik üçün əsaslar yaradır".
Oxu.Az-ın məlumatına görə, bunu Pakistan baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə bu gün Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Misir, BƏƏ və İordaniya liderləri ilə baş tutan mühüm telefon danışığı ümumi məqsədə - regional sülhə, sabitliyə və tez bir zamanda diplomatik nəticənin əldə olunmasına doğru atılmış mühüm addımdır", - deyə o vurğulayıb.
Daha əvvəl Tramp İranla gələcək sazişin layihəsinin ümumilikdə razılaşdırıldığını bəyan etmişdi. O, Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apardığını və onlarla İranla sülh sazişi çərçivəsində anlaşma memorandumu layihəsini müzakirə etdiyini bildirmişdi.
Today’s important telephone call led by President Donald J. Trump @realDonaldTrump with the leaders of Pakistan, Saudi Arabia, Türkiye, Qatar, Egypt, the UAE, and Jordan marks a significant step closer toward the shared objective of regional peace, stability, and an early…
— Ishaq Dar (@MIshaqDar50) May 24, 2026