Pakistanda bütün ölkə üzrə yeni musson yağışları seriyası başlayıb, yüksək dağlıq ərazilərdə güclü yağışlar və şəhərlərdə daşqınlarından ehtiyat edilir.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Meteorologiya Departamenti ölkə daxilində yeni, güclü musson axını proqnozlaşdırır ki, bu da yüksəklikdə yerləşən ərazilərdə güclü yağışlara və ildırım çaxmasına səbəb ola bilər.
Yuxarı Pəncab, Xayber-Paxtunxva, Azad-Kəşmir və Qilqit-Baltistanda güclü yağışlar nəticəsində alçaq ərazilərdə daşqınlar ola bilər, çaylar və kanallar daşa bilər.
Paytaxt İslamabadda hazırda isti və rütubətli hava gözlənilsə də, yaxın günlərdə yağış ehtimalı yüksəkdir.