Pakistanda məsciddə terrorçu-kamikadzenin hücumu nəticəsində ölənlərin sayı 16 nəfərə çatdı, 20 nəfərdən çox adam xəsarət alıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıb.
“Terrorçu-kamikadze insanların sıx olduğu məsciddə “Allahu-Əkbər qışqırıb”, daha sonra güclü partlayış baş verib”, - “Reuters” agentliyi Mohmand dairəsinin bələdiyyəsinin nümayəndəsi Navid Əkbərin sözlərindən sitat gətirib.
Agentliyin digər mənbəsinin sözlərinə görə, yaralananların sayı 24 nəfərə çatıb.
15:53
Pakistanın məscidlərinin birində cümə namazı zamanı partlayış olub, ən azı 10 nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bildirib.
“Reuters” agentliyinin yaydığı məlumata görə, partlayışı terrorçu-kamikadze törədib.
Hadisənin digər təfərrüatları bildirilmir.
Partlayışa görə, məsuliyyəti heç bir terrorçu qruplaşma öz üzərinə götürməyib.
N.O.