Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
"SARS-CoV-2" koronavirusunun insanlar və heyvanlar arasında yayılması yeni təhlükəli virusların yaranması təhdidini yaradır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.
"COVID-19 ilə bağlı ictimai səhiyyə üçün qlobal risk yüksək olaraq qalır", - deyə hesabatda qeyd olunur.
ÜST qeyd edib ki, hazırda "SARS-CoV-2"yə qarşı kollektiv immunitet əhəmiyyətli dərəcədə artıb. Lakin onun yayılması davam edir.
Təşkilatın məlumatına görə, bunu test nəticələrinin müsbət faizi və çirkab sularından götürülən nümunələr təsdiq edir.
"SARS-CoV-2" pandemiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində baş verən epidemiya ilə başlayıb. 30 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bu epidemiyanı beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət, 11 martda isə pandemiya elan etdi. 2025-ci ilin yanvar ayına olan məlumata görə, dünya üzrə 777 milyondan çox yoluxma halı qeydə alınıb.
Bir neçə saat əvvəl beynəlxalq alimlər qrupu müəyyən edib ki, qadınlarda uzunmüddətli COVID-19 inkişafı riski kişilərə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Sorğudan ən azı altı ay əvvəl koronavirusa yoluxmuş 12 mindən çox insanın məlumatlarının təhlili göstərib ki, qadınlarda uzunmüddətli simptomlarla qarşılaşma ehtimalı 31% daha yüksəkdir.
"COVID-19" teqi üzrə xəbərlər
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb
- Sergey Lavrov fon der Lyayeni "fürer Ursula" adlandırdı
- Çindən yayılan yeni koronavirus insanlar üçün təhlükəlidir?
- Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur