Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Papa XIV Leo ilk bazar xütbəsini oxudu
Roma Papası XIV Leo Vatikanın Müqəddəs Pyotr meydanında minlərlə dindar qarşısında ilk bazar xütbəsini oxuyub.
Oxu.Az "Vatican News" saytına istinadla xəbər verir ki, yeni Papa xütbəsində 60 milyon insanın həlak olduğu II Dünya müharibəsini xatırlayaraq, dünya liderlərini bir daha müharibəyə yol verməməyə çağırıb.
Bundan başqa, Papa XIV Leo Ukraynada ədalətli və möhkəm sülhün əldə edilməsinə nail olmaqdan ötrü zəruri olan bütün addımları atmağa dəvət edib.
Qəzza sektorunda baş verənlərin onu dərindən yaraladığını vurğulayan Papa əhaliyə humanitar yardım göstərməyin və bütün girovların azad edilməsinin vacibliyinə toxunub.
Xatırladaq ki, mayın 8-də konklav dördüncü cəhddən sonra yeni Roma Papasını seçib. Amerikalı kardinal Robert Frensis Prevо bu vəzifəyə seçilərək XIV Leo adını qəbul edib.
"Roma Papası XIV Leo" teqi üzrə xəbərlər
- Al Paçino yeni Roma Papası ilə görüşən ilk kino ulduzu oldu
- Roma Papası İsrail və İranı sülhə çağırdı
- İtaliyada leykozdan ölən yeniyetmə 21-ci əsrin ilk müqəddəsi olacaq
- Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ-də diqqətçəkən qərar
- Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb