Parisin mərkəzində naməlum şəxslər “Xalq cəbhəsi” partiyasının qərargahının yerləşdiyi binanı yandırmağa çalışıblar. Partiyanın lideri Fransa prezidentliyinə namizədliyini irəli sürən Marin Le Pendir.
Oxu.Az xəbər verir ki, bu barədə RTL radiostansiyası məlumat yayıb.
Hadisə aprelin 13-nə keçən gecə baş verib. Yanğınsöndürmə xidmətinin əməkdaşları yanğını qısa zaman ərzində söndürüblər.
Radiostansiyanın məlumatına görə, hadisəyə görə məsuliyyəti “Ksenofobiya ilə mübarizə” adlandırılan qrup öz üzərinə götürüb.
N.О.
www.oxu.az