Ermənistanın baş naziri Nikol Paşinyan daha bir video ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə baş nazir özü paylaşım edib.
Hökumət rəhbəri bu dəfə Ermənistan parlamentinin spikeri Alen Simonyan, müdafiə naziri Suren Papikyanla qarğıdalı yeyib. Onun parlament sədrinə: "Alen, mənə pul verərsənmi?" - deyərək pul istəməsi də sosial medianın erməni seqmentində müzakirələrə səbəb olub.
Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan Alen Simonyanla pirojki yeyərək gündəmə gəlmişdi.