Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qələbə paradına qatılacaq.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə o, parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Xatırladaq ki, Nikol Paşinyanın Moskvaya səfəri ilə bağlı razılıq onun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı əldə olunub.